“1001 gecə” nağılları Şifahi xalq ədəbiyyatının ən monumental abidələrindəndir. Bu nağıllar xalqın “şirin xəyalların cazibəsinə” uymaq arzularının, Şərq xalqlarının – ərəblərin, farsların, hindlilərin təmtəraqlı təxəyy?l coşqunluğunun sərbəst s?z oyunu ilə son dərəcə m?kəmməl ifadəsidir. S?zlərdən toxunan bu abidə ?ox qədimdə yaranmışdır. Onun rəngarəng ipək sapları d?nyaya uzanaraq ?z əsrarəngiz s?z xalısını b?t?n Yer k?rəsinin ?zərinə sərmişdir. “1001 gecə” nağılları b?y?k dairələr fəth edərək, əsrlər boyu Yaxın və Orta Şərq xalqlarının ruhunu fəth etmiş, ağızdan-ağıza, dildən-dilə ke?ə-ke?ə ?z rəngarəngliyini artıraraq bir ?ox əsərlərin yaranmasına bir mənbə olmuşdur. Əsərin məzmununa gəldikdə, onu cavahiratla dolu olan bir sandığa bənzətmişlər ki, ?zərinə rizə daşlar t?k?lm?ş və onların arasında həmin inciləri tapmaq ?ətinləşmişdir. Artıq bu g?n elm aləmində belə qəbul edilmişdir ki, “1001 gecə” nağılları qonşu Şərq xalqları ilə yanaşı, əsasən, ərəb xalqlarının yaratdığı misilsiz bir abidədir ki, o bizi orta əsr Şərqin şəhər həyatı, o zamankı xalqların yaşayış tərzi və əxlaq normaları ilə heyrətamiz bir şəkildə tanış edir. “1001 gecə” hekayələrini, bəzən Bağdad, Misir, İran və hind hekayələri, bəzən də sənətkarlar, tacirlər, div, əcinnə, pəri əfsanələri adı altında qruplaşdırırlar. “1001 gecə” və yaxud “Şəhrizadın nağılları” heyrətamiz kamilliklə əmək?i xalqın arzu və istəklərini, şirin və məzəli nağıllarla, hekayət və təmsillərlə g?zəl ifadə etmişdir.