İlk dəfə 1911-ci ildə nəşr olunmuş bu hekayədə britaniyalı valideynləri ilə birlikdə Hindistanda yaşayan 10 yaşlı dəcəl qız Meri Lennoks haqqında danışılır. Valideynləri ona ?ox da diqqət yetirmirlər və nəticədə, o, kobud və dikbaş biri olur. Valideynləri yoluxucu xəstəliyə tutulub ?ld?kdən sonra qız İngiltərəyə dayısı -Ar?ibald Kreyvenin yanına g?ndərilir. Meri qulluq?ularla dost olur və malikanədəki «sirli bağı» kəşf edir. Elə ki, bağa daxil olur, o, daha dərin bir sirrin ?st?n? a?ır -dayısının şikəst oğlunu tanıyır, nəcib ?nsiyyəti ilə onu həyata qaytarır. Kitabda itki, qorxu və sağalmanın psixoloji aspektləri vurğulanır. Əsər, əsasən, yeniyetmə və gənclər ???n nəzərdə tutulmuş olsa da, hazırda 20-ci əsrin ən yaxşı uşaq kitablarından biri kimi qəbul olunur.