Bu kitaba İ.S.Turgenevin üç əsəri daxil edilmişdir. “Saat, “Bədbəxt qız, “Taqqıldayır. “Saat povestində gənc qəhrəman Davıdın güclü xarakterindən bəhs olunur. O, kasıbların, təhqir olunanların havadarıdır. Özünə bəslənən etimadı doğruldan Davıd məşhur Borodino döyüşü zamanı bir qəhrəman kimi həlak olur. “Bədbəxt qız əsərində öz atalığından sonsuz zülmlər görən bir qızın acınacaqlı həyatı, “Taqqıldayır povestində isə rus kəndlisinin səciyyəvi sifətləri təsvir olunur.