1930-cu il. Azərbaycanın uzaq dağ kəndi. Bu kəndə işləməyə gələn gənc m?əllimə Almaz (İzzət Oruczadə) burada quruluşun inkişafı və m?hkəmləndirilməsi yolunda qarşıya ?ıxan əngəllər və ?ətinliklərlə qarşılaşır. Kənddə eyni zamanda kollektivləşmə ilə əlaqədar sinfi m?barizə gedir. Belə bir təzadlı və ?ətin vaxtda kənddə fəaliyyətə başlayan, bir sıra m?rəkkəb məsələlərlə ?z-?zə qalan gənc m?əllimənin keşməkeşli həyat yolu filmin əsas s?jet xəttini təşkil edir.