G?l?stani irəm

Аббас-Кули-ага Бакиханов. G?l?stani irəm
Аббас-Кули-ага Бакиханов. G?l?stani irəm
4.35 из 5, отдано 25 голосов
G?l?stani-İrəm – Abbasqulu ağa Bakıxanovun Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixinə həsr etdiyi əsəri. «G?l?stani-İrəm»ə qədər Azərbaycan tarixinə aid yazılmış ?mumi bir tarix əsərinə təsad?f edilmir. A.Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları m?əyyən bir sistemə salmış və təsviri yolla «G?l?stani-İrəm» əsərini yazmışdır. A. Bakıxanov «G?l?stani – İrəm» əsərini yazarkən təqribən y?zdən artıq mənbədən istifadə etmişdir. Bu məxəzlər i?ərisində Herodot, Strabon, Tatsit, Plutarx, Moisey Xorenski, Təbəri, Məsudi, İbn-H?vqəl, İbnələsir, Yaqut Həməvi, Əb?lfida, Həmdullah Qəzvini, Mirxond, Xandəmir, Şərəfəddin Yəzdi, Məhəmməd Pəfi Şirvani, Katib Cələbi, Qolikov, Karamzin, Ustryalov və s. bu kimi məşhur yunan, Roma, rus, erməni, Azərbaycan, ərəb və fars m?əlliflərinin əsərləri vardır. A. Bakıxanov yalnız bu mənbələrlə kifayətlənməmiş, d?vr?n?n tələbinə g?rə arxeologiya, epiqrafika, numizmatika, maddi mədəniyyət abidələri, xalq arasında yayılmış rəvayət və əfsanələrdən də istifadə etmişdir. Onun tətbiq etdiyi bu ?sul Azərbaycan xalqının zəngin tarixini g?stərməkdə birinci addım olmuşdur. «G?l?stani-İrəm»in mətnindən anlaşılır ki, A. Bakıxanov yuxarıda adları ?əkilən məhbələrdən başqa qədim, orta və yeni d?vrlərə aid daha bir ?ox məxəzlərdən geniş surətdə istifadə etmişdir. Lakin bu məxəzlərdən bəzisi bizə məlum deyildir. Buna g?rə, «G?l?stani-İrəm »in bizə gəlib ?atmayan bu mənbələrə əsasən yazılmış m?əyyən hissələri indi əsas məxəz şəklini almış olur. «G?l?stani-İrəm» əsərində A. Bakıxanov Azərbaycan xalqının, x?susilə Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixini qədim d?vrlərdən başlayaraq 1813-c? il «G?l?stan m?ahidəsi»nə qədər təsvir edir. Bu əsər, əsas etibarilə, m?qəddəmə, beş fəsil və nəticədən ibarətdir. Abbasqulu ağa Bakıxanov 1841-ci ildə farsca yazdığı bu əsəri ilə Azərbaycan tarixş?naslığının əsasını qoymuşdur.[2] Bu əsəri də Abbasqulu ağa Bakıxanov m?qəddimə ilə başlayır. M?əllif yığcam, lakin dolğun məzmunlu bu m?qəddimədə tarix elminə qısa bir tərif verir, onu cəmiyyət və xalq ???n ən faydalı elmlərdən sayır. Tarixə m?asir elmin tələbləri n?qteyi-nəzəri ilə yanaşan m?əllif bəşəriyyətin ke?miş həyatını təcr?bə adlandırır. Hal-hazırdakı və gələcək həyatı yaxşı qurmaq ???n, bu təcr?bədən istifadə etməyi lazım bilir. “G?l?stani-İrəm”in m?qəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, qədim yunan, erməni, ərəb və rus mənbələrinə istinad edilərək bu ?lkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat verilir. Azərbaycan və Dağıstan xalqlarını tarixini Abbasqulu ağa Bakıxanov bu xalqların ?z daxili həyatlarına və tarixin ?mumi inkişafına g?rə deyil, m?h?m tarixi hadisələrə g?rə 5 d?vrə ayırmış və buna əsasən də əsərini 5 fəslə b?lm?şd?r: İslam d?vlətinin z?hurundan ərəb qoşunlarının gəlməsinə qədər Şirvan və Dağıstan ?lkələrində baş verən qədim hadisələr. Ərəb qoşunlarının Azərbaycana gəlməsindən başlayaraq monqolların istilasına qədər. Monqol istilasından Səfəvilərin z?huruna qədər. Şirvanşahlar s?laləsi və onların səltənətinə aid hadisələr. Səfəvilər d?vlətinin z?hurundan Nadir şahın vəfatına qədər. Nadir şahın vəfatından “G?l?stan” adlı yerdə Rusiya və İran d?vlətləri arasında bağlanan s?lh m?ahidəsinə qədər. Əsərin birinci fəslində “Tarixi-Təbəri”, “Tarixi-g?zidə”, “Nizam?t-təvarix”, “Kitabi-məsalik?l-məmalik”, “Xəritət?l-əcaib” kimi qədim Şərq mənbələrinə istinadən Nuhun tufanı, onun ?vladları, Yasəf, Ham və Sam nəsilləri, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani h?kmdarlarının Azərbaycandakı hakimiyyəti və s. haqqında yarımelmi, yarıməfsanəvi məlumat verilir. Bu fəsil m?qəddiməyə və əsərin sonrakı fəsillərinə nisbətən zəif işləmişdir. Əsərin ikinci fəsli Azərbaycan və Dağıstan ?lkələrinin ərəb işğal?ıları tərəfindən istila olunması, ?mumiyyətlə, ərəblərin bu ?lkələrdəki hakimiyyəti d?vr?n?n tarixinə həsr olunmuşdur. Həmin fəsildə ərəb xəlifələrinin buraya g?ndərdiyi hakimlər, ərəblərin xəzərlərlə vuruşmaları, xarici işğal?ıların istilasına qarşı Babəkin m?barizəsi, onun Bağdadda əziyyətlə ?ld?r?lməsi və s. haqqında məlumat vardır. Lakin məşhur Babək ?syanı haqqında verilən məlumat həm m?xtəsər, həm də ?ox ruhsuz və s?n?kd?r. Bu məlumat uzun illər ərəb işğal?ılarına qarşı qarşı amasızcasına vuruşan və ərəb xəlifəsinin əmri ilə z?lm və işgəncələrlə ?ld?r?lən bu cəsur xalq qəhrəmanının fəaliyyəti tarixini qətiyyən işıqlandıra bilmir. Bunun səbəbi m?əllifin tarixi hadisələrə xalq azadlıq hərəkatı n?qteyi-nəzərindən yanaşa bilməməsidir. Abbasqulu ağa Bakıxanov “G?l?stani-İrəm”də məşhur Azərbaycan coğrafiyaş?nası Zeynalabdın Şirvaninin “Riyaz?s-səyahə” əsərinə əsaslanaraq, Azərbaycan s?z?n? Babəkin adı ilə əlaqələndirir. ???nc? fəsil h?lak?lərin və teymurilərin hakimiyyəti d?vr?n? işıqlandırır və Şirvanşahların səltənət və nəsibinə dair tarixi məlumat verir. Bu fəsildə Ağqoyunlular və Qaraqoyunluların mənşəyi və məşhur alim Xacə Nəsirəddin Tusi haqqında da məlumat vardır. Əsərin ən b?y?k bir hissəsini təşkil edən d?rd?nc? fəsil Səfəvi padşahlarının və onların s?qutundan sonra İran taxtına oturan Nair şah Əfşarın hakimiyyəti tarixinə həsr olunur. “F?tuhati-Əmini”, “Tarixi-aləm-arayi-Abbasi”, qolikovun “B?y?k Pyotrun fəaliyyəti”, Ustryalovun “I Pyotrun səltənət tarixi” və s. rus, fars və osmanlı mənbələrindən istifadə edilərək, fəsildə I Şah İsmayıl, I Şah Abbas və Nadir şahın hərbi səfərləri, Rusiya və T?rkiyə qoşunlarının Dağıstan və Azərbaycan ?lkələrinə h?cumları, Sultan Səlim Yavuzun qoşunları ilə I Şah İsmayılın qoşunları arasında Təbrizin yaxınlığında gedən məşhur “?aldıran” d?y?ş?, bəhs olunan d?vrdə yerli əmir və hakimlərin fəaliyyəti haqqında zəngin məlumat toplanılmışdır. “G?l?stani-İrəm”in beşinci və son fəsli Nadir şahın ?l?m?ndən (1747) ta 1813-c? ildə Rusiya və İran d?vlətləri arasında bağlanan “G?l?stan” s?lh m?qaviləsinə qədər 60 ildən artıq bir d?vr? əhatə edir. Beşinci fəsil “G?l?stani-İrəm”in ən orijinal hissəsidir. Xanlıqlar d?vr?n?n işıqlandırılması n?qtəyi-nəzərindən beşinci fəslin b?y?k elmi əhəmiyyəti vardır. “G?l?stani-İrəm” “Nəticə” adı ilə gedən sonluqla bitir. Lakin bu “Nəticə” əsərdə verilən məlumatın yekunu və ya x?lasəsindən ibarət deyildir. Bu əsərdə sadəcə bir əlavədir. əlavədə Azərbaycanın məşhur alimi, yazı?ı və şairləri haqqında qısa məlumat verilir. Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı d?vrdə yaşayan tarix?ilərimizin stol?st? kitablarından olub, əsasən islamın meydana gəlməsindən tutmuş 1813-c? ildə Rusiya ilə İran arasında bağlanan s?lh m?ahidənaməsinə qədərki d?vrdə xalqımızın tarixini tədqiq və təhlil etmək işində m?h?m mənbələrdən biridir.

Слушать аудиокнигу «G?l?stani irəm» онлайн:

Комментарии ():

Вам также может понравиться:

Оставайтесь на связи

Будьте в курсе новостей о выходящих книгах, подпишитесь на нашу еженедельную рассылку:
книги, что говорят с тобой
© 2011-2024. Your Lib. All Rights Reserved.